Mərmər son illərdə yenidən populyarlıq qazanan, gündəlik aksesuarlarımıza belə çatan bir materialdır.
Mərmər zərif və dəbli mətbəxlər üçün ən çox seçilən üst materialdır.
Mərmər istiyə, çatlamağa və qırılmağa qarşı nə qədər davamlı olmasına baxmayaraq, səliqəli və diqqətli istifadə olunmalıdır.
Kiçik bir detalı unutmamalıyıq ki, mərmər tərkibində turşuluq olan qidalar ilə çox təmas olunduqda üzərində ləkə saxlaya bilər.
Bunun üçün mərmər seçimi zamanı bu sahənin peşəkarlarına müraciət etməyiniz daha uyğundur.
Bu sahədə çox illik peşəkar təcrübəmizə arxalanaraq istədiyiniz suala cavab verməyə və gözəl eviniz üçün bütün mərmər işlərini ürəyinizin istədiyi dizaynı yaratmağa hazırıq.