Qapılar interyerin və eksteryerin çox vacib bir hissəsidir.

Qapıların yalnız işlək olması deyil, həm də rahat və ümumi dizayna uyğun olması vacib məsələdir. Belə olan halda evdəki atmosfer daha da rahatçılıq yaradır.
Evimiz üçün qapı almadan öncə bəzi xüsisiyyətlərə diqqət yetirməyiniz vacibdir.

Müasir qapılar təbii ağacdan və süni materiallardan hazırlanır. Dözümlülük sizin üçün vacibdirsə, təbii ağacdan hazırlanmış qapılar bu meyara tam cavab verir. Ancaq unutmayın ki, onlar olduqca ağırdır və temperatur dəyişikliyinə həssasdır.

Süni materiallardan hazırlanan qapılar təbii materiallardan hazırlanan qapılara nisbətən ucuzdur. Bu qapılarda istifadə olunan materialların davamlığı və ekoloji cəhətdən təmiz olması əsas şərtlərdəndir.

Yuxarıdakı deyilən xüsusiyyətlər üçün MDF materialdan hazırlanan qapıları dəyərləndirə bilərsiniz.

İstehsalçı ölkə barəsində isə Rusiya, Belarusiya, Finlandiya və İsrail istehsalı olan qapıları misal çəkə bilərik.

Bu mövzuda Siz hansı fikirdəsiniz?