Neoklassika klassik və antik üslubların müasir inteqrasiyasıdır.

Bəs neoklassika elementlərini müasir interyerdə necə əks etdirmək olar? Bu postumuzda sizə bir neçə istiqamət verməyə çalışacıq.

1.Sakit rəng çalarlarından istifadə edin. Çox parlaq tonlar seçməyin, bu üslub həlli üçün uyğun deyil. Çünki belə tonlar interyeri darixdırıcı edəcək, nəticədə evin aurası yorucu olacaq.

2. Pərdələrin seçimində yumşaq mebellərin üzlənməsində həndəsi fiqurlara, çiçək naxışlarına üstünlük verin.

3. İnteryerdə qəliblərlə fərqli ahəng qatın. Divar qəlibləri neoklasik bir elementdir. Qəliblər evin divarındakı şəkilləri, əşyaları, nəcib bəzək elemetlərini vurğulamaq, önə çıxarmaq üçün çox əlverişlidir. Eyni zamanda müstəqil bir obyekt kimi də olduqca dekorativ və effektli görünür.

4. Tekstil işinə xüsusi önəm verin. Neoklassik üslubun ayrılmaz hissəsidir tekstik elementləri.
Tekstil interyeri yalnız gözəl deyil, həm də məkana doğma aura bəxş edir. Buna görə tekstili vurğu elementi olaraq əlavə etməkdən çəkinməyin. Tekstil elementlərindən ustalıqla əsasən yumşaq mebellərin parça üzlüklərində, xalılarda, süfrə və salfetlərdə faydalanmaq olar.

5. işıqlandırma üslubun ayrılmaz hissəsidir. Neoklasik üslub interyeri büllür çılçıraqla tamamlamaq ən ideal seçimdir. Bol şüşə elementli, asqılı, parlaq bir çılçıraq zərif və misilsiz dizaynı ən uğurlu şəkildə vurğulayacaq. Dəbdəbəli qızıl və ya bürünc detallı cüt lampalar neoklassik üslübda antik dövrün təcəssümüdür.

Golden Architecture and İnterriors.