Laminat yoxsa parket?

Hansı daha düzgün seçimdir?

Bu vacib mövzunu praktiklik və dizayn baxımından nəzərdən keçirməyi təklif edirik.

Parketin əsas üstünlüyü təbii olmasıdır, çünki təbii ağacdan daha ekoloji bir şey yoxdur. Təbii ağacdan hazırlanmış hər hansı bir material evə rahatlıq gətirir. Parket təbii rənglərə malikdir, ağacın misilsiz toxuması və naxışı interyerinizi daha da gözəlləşdirir.

Laminat isə üstündə ağac naxışları olan amma özü ağacdan olmayan materialdır. Laminatın qiyməti daha ucuzdur. Laminat təbii material hesab edilmir.

Ancaq döşəmə örtüyü seçərkən mütləq xatırlamalı olduğunuz bəzi nüanslar var:

– İsti döşəmən varsa, parketdən istifadə edə bilməzsiniz! Heç bir halda!

– Parket laminatdan daha çox nəmdən qorxur.

– İsti polda laminatdan istifadə edə bilərsiniz.