Bəzən evdə elektrin düyməsinin yerini axtarmaqda çətinlik çəkirik.
Elektrik düymələrinin düzgün yerləşdirilməsi, həyatı asanlaşdırmaq anlamında olduqca vacibdir. Sizə istiqamət verəcək bir neçə nüansı qeyd etmək istədik.
Elektrik düyməsi əsasən 75-90 sm yüksəklikdə qapının yaxınlığında yerləşdirilir.
Hündürlük seçərkən, ailə üzvlərinin orta boyunu nəzərə alınmalı, əli kənara çəkərək düyməni basmaq hər kəs üçün rahat olmalıdır.
80 sm hündürlük demək olar ki, hər kəs üçün optimaldır. Elektrik düymələri evdə otaqların içərisində, qarşısı əşyalarla örtülməməsi şərtilə yerləşdirilməlidir. Elektrik düyməsi mebel və ya açıq qapı ilə qapadılmamalı, bağlı qapının tutacağı yerləşdiyi istiqamətə qoyulmalıdır.
Hamam otağı, tualet və anbarda elektrik düymələrinin dəhlizdə yerləşdirilməsi məqsədə uyğundur.
Evdə elektrik düymələri otaq dizaynına diqqət yetiriləcək şəkildə, rahatlıq nəzərə alınaraq, sahibin zövqünə uyğun istənilən divara yerləşdirilə bilər.
Golden Architecture and İnterriors.